Gəncənin qaranlıq küçəsində müəmmalı qətl

5 Aprel 2014 15:01 (UTC+04:00)
Ötən gecə saat 22 radələrində Gəncədə dəhşətli qətl baş verib. Gəncə şəhər Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Vəli Xuluflu küçəsində yaşayan 1990-cı il təvəllüdlü Etibar Nəbi oğlu Əmirov vəhşicəsinə qətlə yetirilib. Onu 10-dan çox bıçaq zərbəsi vurublar.

Ölümcül yaralı halda xəstəxanaya gətirilən Etibar Əmirovun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda qətldə şübhəli bilinən 4 nəfər saxlanılıb və onlar dindirilir. İlkin məlumata görə, hadisə mübahisə nəticəsində baş verib.

Gəncin subay olduğu və heç bir yerdə işləmədiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.