Xırdalanda qadına qarşı zorakılıq edən şəxslər tutuldu

5 Aprel 2014 17:02 (UTC+04:00)
Ötən gün Xırdalanda qadına qarşı quldurluq edilib. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Xırdalan şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Gədəbəy rayon sakini Natilə Tağıyevaya zor tətbiq edərək içərisində 9900 dollar və 100 manat, habelə qızıl əşyaları olan çantasını alıb.

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini Orxan Hümbətov, Sumqayıt şəhər sakini Yusif Yusifov, Rəsul Əliyev tutulub.

Hadisənin digər iştirakçısı Murad İsmayılovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.