9 aylıq uşaq məhkəməyə verildi
5 Aprel 2014 17:06 (UTC+04:00)
Doqquz aylıq uşaq məhkəməyə verilib. Movqe.az ans
press-ə istinadən xəbər verir ki ,Pakistanda valideynləri ilə birgə
məhkəmə qarşısına çıxarılacaq körpə qətlə cəhddə ittiham
edilir.
Məlumata görə, ailə qaz sayğacı quraşdırmağa gələn
yanacaq şirkəti əməkdaşlarını daşlayıblar.
Ailə başçısının sözlərinə görə, əslində onlar
yaşadıqları rayonda enerji təminatı siyasətinə etiraz etdikləri
üçün günahlandırılırlar.
Məlumata görə, məhkəmə sədri polisi bu işdən
uzaqlaşdırıb və körpəni girov müqabilində azad edib. Çünki uşağın
yaşı Pakistanda məsuliyyətə cəlb edilmək üçün nəzərədə tutulan
minimal həddən də aşağı olub.
Lakin körpə bir həftədən sonra növbəti məhkəmə
dinlənməsində iştirak etməlidir.