DƏHŞƏT: Baxça müəlliməsi uşağı vəhşicəsinə döyür (VİDEO)

5 Aprel 2014 19:06 (UTC+04:00)

İtaliyada baş verən dəhşətli hadisə bütün ölkəni qarışdırıb. Movqe.az ans press-ə istinadən xəbər verir ki, baxçaların birində müəllimə oradakı uşaqlarla vəhşicəsinə rəftar edib. Müəllimənin hərəkəti müəssisənin müşahidə kameraları vasitəsilə lentə alınıb. 


Videoya baxdıqda 60 yaşlı müəllimənin nadinc uşaqlardan birini vəhşicəsinə döydüyü, onu təhqir etdiyi və qorxutduğu aydın görünür. Bu məsələ uşağın valideynlərinin övladlarının bədənində zədə izləri görməsindən sonra etdikləri şikayət nəticəsində məlum olub.

Görüntülərdən sonra müəllimə həbs olunub. 
Həmin video sosial şəbəkələrdə yayıldıqdan sonra böyük rezonansa səbəb olub.
ANS PRESS həmin görüntüləri təqdim edir: