Güləşçilər quşların qəzəbinə tuş gəldi (FOTO)
5 Aprel 2014 19:08 (UTC+04:00)
Finlandiyada keçirilən Avropa Güləş Çempionatında
məşqçilər etirazlarını bildirmək üçün etiraz süngəri yerinə "Angry
Birds" (Qəzəbli Quş) oyuncağı atıb.
Movqe.az ans press-ə istinadən xəbər verir ki,
xalların verilmədiyini düşünən məşqçilər "qəzəbli quşu" güləş
döşəyinə tərəf atırlar.
Güləşi izləyənləri güldürən bu yeniliyin başqa
ölkələrdəki müsabiqələrdə da tətbiq olunacağı
gözlənilir.
Xatırladaq ki, ötən il Finlandiyanı ziyarət edən
baş nazir Rəcəb Tayyib Ərdoğan Helsinkidəki "Rovio Entertainment"
oyun şirkətini ziyarət edib səlahiyyətlilərindən məlumat alıb. Baş
nazir əylənərək öyrənmə modeli çərçivəsində "Angry Birds"ün türk
təhsil sistemində istifadə edilə biləcəyini ifadə
etmişdi.
Qeyd edək ki, bir müddət öncə "Angry Birds" oyunu
haqqında Kanadanın Vankuver şəhərindəki "Sony" studiyalarında
animasiya filminin çəkiləcəyi açıqlanıb.