“1000 bərəkət, halal nemət”dən rəsmi açıqlama
5 Aprel 2014 19:05 (UTC+04:00)
"Bu gün sosial şəbəkələrdə "1000 bərəkət, halal
nemət" markasına aid olan məhsullardan birinin içərisindən qurd
çıxması ilə bağlı verilən informasiyalar həqiqəti əks etdirmir". Bu
barədə "1000 bərəkət, halal nemət" şirkətinin direktoru Fəxrəddin
Bəşirov ANS PRESS-ə açıqlamasında deyib. Onun sözlərinə görə,
"Facebook" sosial şəbəkəsində paylaşılan fotodakı məhsulun "1000
bərəkət, halal nemət" markasına aid olması belə şübhəlidir. Çünki
məhsulun üst örtüyü yoxdur.
Şirkət rəsmisi onu da əlavə edib ki, ət
kombinatının buraxdığı məhsulun ekoloji təmizliyi və yüksək
istehlak keyfiyyəti bir sıra amillərlə müəyyən
olunur.
"Məhsullarımızın istehsalında yalnız yüksək
keyfiyyətli komponentlərdən istifadə olunur. Xammal və
ədviyyatların təhlükəsizliyi daim yoxlanılır. Bundan əlavə,
məhsulun istehsalı zamanı dad gücləndiricilərindən, kimyəvi və ya
sintetik komponentlərdən, süni konservantlardan istifadə olunmur.
Məhsullar istehsal olunarkən, onların bir nümunəsi bir ay
müddətində sınaq laboratoriyasında qalır. İstənilən şəxs həmin
nümunə ilə tanış ola bilər", - deyə Fəxrəddin Bəşirov
bildirib.
Fəxrəddin Bəşirovun sözlərinə görə, "Sahliyali"
şirkətinin uğur əldə etməsinin başlıca səbəbi alıcıların qarşısında
dürüst olmasıdır.
"Məhsullarımızın qiyməti onun keyfiyyətinə
uyğundur. Biz münasib qiymətlərə sağlam, yüksək keyfiyyətli məhsul
təklif edirik. "Sahliyali" şirkəti Azərbaycan bazarının
liderlərindən biridir, məqsədimiz əldə etdiyimiz mövqeləri saxlamaq
və liderliyimizi möhkəmləndirməkdir", - deyə Fəxrəddin Bəşirov
əlavə edib.