Yazın 5 ən faydalı məhsulu
5 Aprel 2014 21:04 (UTC+04:00)
Yaz gəldi. Bu fəsil qışdan zəifləyərək çıxan
orqanizm soyuqlama, qrip, allergik xəstəliklərə daha çox meyilli
olur. Bəs bu kimi hallarla qarşılaşmamaq üçün nə etmək olar?
Movqe.az ans press-ə istinadən yazda sizin sağlamlığınızı
qorumağa kömək edəcək ən faydalı 5 tərəvəzin təqdim
edir.
1. Tələm turşusu
Əsl kələm turşusu C vitamini və antioksidanlar ilə
zəngindir. Turşu kələmdə adıçəkilən vitaminin miqdarı əsl
kələmdəkindən daha çoxdur. Bu tərəvəz "minus kalori" adlanır. Çünki
orqanizm kələmin həzm edilməsinə onun özünündən əldə etdiyindən çox
kalori sərf edir.
2. Balqabaq
Təzə balqabaq şirəsi maddələr mübadiləsini
yaxşılaşdırır. Balqabağın tərkibində sink, E, D vitamini dərini
hamarlaşdırır. Bu tərəvəzin toxumu belə ciyərləri təmizləməyə kömək
edir.
Onun lətindəki D vitamini sümüklərin, dişlərin
möhkəmliyi üçün labüddür.
3. Pomidor şirəsi
Pomidorun tərkibindəki likopin ən yaxşı
antioksidant mənbəyidir. Bu maddənin sutkalıq dozası 10-15 mq-dır.
Likopin əldə etməyin ən yaxşı vasitəsi isə pomidorun
şirəsidir.
Şirə arterial təyziqi azaldır. O hipertoniya və
qlaukoma kimi xəstəliklərdə əvəzsiz
vasitədir.
4. Ağ turp
Təbii antibiotik olan ağ turp mikroblara qarşı
qoruyucu vasitələrlə zəngindir. Bu tərəvəz qış xəstəliklərinin əsas
düşməni olan C vitamini ilə boldur. O, həm də sidikqovucu
xüsusiyyətə malikdir. Turp və bal qarışığı öskürəyi kəsən ən yaxşı
vasitədir. Yerkökü ilə birlikdə hazırlanan turp salatı isə qışdan
sonra yaranan halsızlıqla mübarizədə kömək
edir.
5. Yaşıl noxud
Noxudun tərkibi ürək fəaliyyəti üçün vacib olan
sink, maqnezium, zülalla boldur. Onun içərisindəki B vitamini isə
həm sinir sistemini möhkəmləndiri, adrenalin hormonu istehsalında
yaxından iştirak edir, həm də hüceyrələrin enerji təminatını təmin
edir.