"Azərbaycanlı jurnalistin sualı Ərdoğanı çaşdırdı"

5 Aprel 2014 22:04 (UTC+04:00)
Azərbaycana səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin birgə mətbuat konfransında İctimai Televiziyanın əməkdaşının nurçuluqla bağlı sualı qardaş ölkədə təəccüblə qarşılanıb. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Türkiyə saytları bu olaydan bəhs edən yazıya "Azeri gazetecinin sorusu Erdoğan`ı şaşırttı!" kimi başlıq da qoyublar. 

Ərdoğanı təəccübləndirən "AKP-nin nurçularla əlaqəsinin olduğu iddia edilir" sualına baş nazir belə cavab verib: "Mənə çox qəribə gəldi. Bizim elə bir əlaqəmiz yoxdur. Sadəcə millətlə bağlantımız var və o üzdən 46 faiz səs aldıq".