Diqqət çatışmazlığı və hiperaktivlik sindromu

5 Aprel 2014 22:00 (UTC+04:00)

Tez hirslənib özündən çıxmaq hər kəs üçün bir problem ola bilər. Movqe.az xəbər verir ki , ancaq bu problem diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) olan insanlarda daha çox yaşanır. DÇHS-li şəxslər daha həssas olduqları üçün bəzi şeylərə həddindən artıq reaksiya verə bilər. Bunun nəticəsində həyatın bütün sahələrində sinir sistemləri qurduqları əlaqələrə təsir edə biləcək xroniki vəziyyətə gələ bilər.

DÇHS-li şəxslər həyatın hər sahəsində qarşılarına çıxa biləcək kiçik incikliklərdən, hətta kimsə tərəfindən rədd edilməkdən və tənqiddən asanlıqla təsirlənir, bu da həddindən artıq sərt reaksiya vermələrinə səbəb olur. Tez və asanlıqla kədərlənə bilən və depressiv ruh halına girən DÇHS-li şəxslər üçün əsəbilik qarşısını ala bilməyəcəyimiz ciddi nəticələr doğura bilər. Əsəbi nəzarət altına ala bilməmək ictimai və sosial həyatda qurulan əlaqələrə mənfi təsir edir, adamın özünə inamını azaldır və bu səbələr insanları tənhalığa, tək yaşamağa sürükləyir.

Hər insan əsəbləşə bilər, problem əsəbdə deyil, insanın onu ifadə etmə şəklindədir. DÇHS-li şəxslər bu problemi olmayan şəxslərdən fərqli olaraq, hansısa bir qərara gəlmək üçün kifayət qədər uzun müddət sərf edirlər. Belə olduqda kənardakılar onları məsuliyyətsiz, uşaq kimi görür və başqaları tərəfindən tənqid olunmalarına səbəb olurlar.


Türkiyədə bu xəstəliklə mübarizə aparmaq üçün diqqət çatışmazlığı üzrə mütəxəssis S.Tana Alalu və Eda Aydoğan tərəfindən diqqət çatışmazlığı və hiperaktiv sindromu akademiyası açılıb. Bu akademiya reaksiyaların sağlam verilə bilməsi istiqamətində DÇHS-li şəxslərə kömək edir.

Akademiya belə narahatlığı olan şəxslərin ətrafdakılara və hadisələrə necə reaksiya verdiklərini izləyir, daxil dünyalarında hiss etdikləri əsəbiliyi, utancaq hallarını görmələrini təmin edir. Sonrakı mərhələdə hisslərini doğru sözlərlə açıqlamaq və qəzəbin, əsəbiliyin öhdəsindən gəlmək bacarıqlarını inkişaf etdirmək üzərində çalışırlar. Ən əhəmiyyətlisi isə, bunları edərkən beyindəki bioloji vəziyyətin ani əsəb partlamasına səbəb olduğunu aşkar ediblər. DÇHS-li şəxslər öz əsəblərinə qalib gəldiyi andan özlərinə və ətrafdakılara qarşı dünyagörüşlərini müsbət istiqamətdə inkişaf etdirirlər.

Diqqət çatışmazlığı və hiperaktivlik sindromu akademiyası yalnız yetkin insanların deyil, bütün DÇHS-li şəxslərin narahatlıqlarının öhdəsində gəlməsinə və normal həyat tərzi keçirməsinə kömək edir. Bu akademiyada psixoloqlar, psixoterapevtlər və xüsusi təhsil almış mütəxəssislər birlikdə DÇHS-li şəxslərə yardım edirlər.