Bu gün ilin ilk sınaq imtahanları keçirlir
6 Aprel 2014 11:01 (UTC+04:00)
Bu gün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli
hazırlaşmalarına kömək etmək məqsədilə ilk sınaq imtahanlarını
keçirir.
TQDK-dan ans press-ə-ə verilən məlumata görə,
sınaq imtahanları respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62
binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün respublika üzrə
abituriyentlərə 49405 yer ayrılıb, qeydiyyat internet vasitəsilə
martın 27-dən aparılıb.TQDK sınaq imtahanlarında iştirak edəcək
abituriyentlərin diqqətinə çatdırır ki, imtahan binalarına
buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və
imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir. Bu iki
sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda,
eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət
vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına
buraxılmayacaqlar.
Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı
keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar
olacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr
səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək
keçirilməsi nəzərdə tutulur.