Yay, payız və qışın Azərbaycana bu il gəlmə vaxtı açıqlanıb
6 Aprel 2014 11:05 (UTC+04:00)
Bu il yay, payız və qış fəsillərinin Azərbaycana
gəlmə vaxtları açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor
müavini Xıdır Mikayılov açıqlamasında bildirib ki, 2014-cü il yay
Azərbaycana iyunun 21-də Bakı vaxtı ilə saat 15:51 dəqiqədə daxil
olacaq.
Payızın isə sentyabrın 23-ü Bakı vaxtı ilə 07:29
dəqiqədə ölkəmizə qədəm qoyacağını deyən X.Mikayılovun sözlərinə
görə, həmin an Günəş payız bərabərliyi nöqtəsində
olacaq:
"Qış Azərbaycana dekabrın 22-si Bakı vaxtı ilə
saat 03:03 dəqiqədə qədəm qoyacaq. Yayın və qışın daxil olmasına
isə Günəş duruşu deyilir (Yay və Qış Günəş duruşu). İyunun 21-də
Yay Günəş duruşunda olarkən yay, dekabrın 22-də isə Qış Günəş
duruşunda olarkən qış fəsli Azərbaycana daxil olur".(APA)