NATO-dan Rusiyaya daha bir zərbə
6 Aprel 2014 12:11 (UTC+04:00)
NATO-nun Parlament Assambleyası Rusiya parlamenti
ilə əməkdaşlığın dayandırılmasına dair qərar qəbul edib. Movqe.az
ans press-ə istinadən bildirir ki, müvafiq bəyanatla NATO-nun
Parlament Assambleyasının prezidenti Hyu Beyli qurumun Riqada baş
tutmuş toplantısından sonra çıxış edib.
Qərar Ukraynadakı hadisələrlə və rusiyalı
deputatların bu məsələ ilə əlaqədar mövqeyi ilə bağlıdır.
Toplantıda həmçini Rusiya deputatlarının NATO-nun Parlament
Assambleyasının tədbirlərində iştirakına qadağa qoyulmasına qərar
verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl NATO Rusiya ilə
hərbi və mülki əməkdaşlığı dayandırdığını bəyan etmişdi.