Pakistan hökuməti Taliban məhbuslarını azadlığa buraxacaq

6 Aprel 2014 14:00 (UTC+04:00)
Pakistan hökuməti Talibanla sülh danışıqlarına dəstək olmaq məqsədilə silahlı qruplaşmanın həbsdə olan bir neçə üzvünü azadlığa buraxmaq qərarına gəlib. 

Movqe.az ans press-ə istinadən bildirir ki, ötən gün ölkənin daxili işlər naziri Çodri Nisar Əli Xan Taliban rəsmiləri ilə görüşündən sonra bu barədə məlumat verib. Paytaxt İslamabadda çıxışı zamanı nazir qeyd edib ki, hələlik tərəflər 13 nəfərin azad edilməsinə razılıq veriblər. Sülh danışıqlar müsbət yöndə inkişaf edəcəyi tədqirdə isə, daha çox məhbusun azadlığa qovuşmaq imkanı olacaq. "Hökumət xoş niyyətini göstərmək məqsədilə belə bir jest etmək qərarın gəlib. Ümid edirik ki, qarşı tərəf də tezliklə günahsız məhbusları azad edəcək" - deyə Əli Xan qeyd edib.

Pakistan hökuməti yerli Taliban liderlərilə ölkədə zorakılıqların qarşısını almaq məqsədilə danışıqlar aparırır.