Con Kerri Azərbaycana gəlir
6 Aprel 2014 14:05 (UTC+04:00)
ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Cənubi
Qafqaza səfər edəcək. Movqe.az ans press-ə istinadən bildirir ki ,
dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda
olacaq.
Con Kerrinin Ermənistanı ziyarət edəcəyi barəsində
isə hələki ABŞ Dövlət Deportamentindən heç bir açıqlama verilməyib.
Rəsmi Tiflisdən isə bildiriblər ki, ABŞ rəsmisi Cənubi Qafqaz
səfəri zamanı Gürcüstana da baş çəkəcək.
Səfərin yaxın günlərdə baş tutacağı gözlənilir.
Səfərin hansı məqsəd daşıdığı barəsində hələ heç bir məlumat
verilmir.