Əfqanıstanın prezident seçkilərinin ilkin nəticələri açıqlandı

6 Aprel 2014 13:10 (UTC+04:00)
Əfqanıstanda keçirilən prezident seçkilərinin nəticələri 6 həftə sonra məlum olsa da, artıq ilkin nəticələr bəllidir. Bir qədər əvvəl Əfqanıstanın 3 telekanalı - Şəmşad, Tolo, Ariana televiziyaları seçkinin ilkin nəticələrini açıqlayıb. General Dustumla birgə koalisiyada seçkiyə getmiş Əşrəgqani Əhmədzay böyük say üstünlüyü ilə irəlidədir. İlkin məlumata görə, o, səslərin 65 faizinindən çox toplayıb.

Movqe.az ans press-ə istinadən bildirir ki, lent.az-ın Əfqanıstana ezam olunmuş əməkdaşının Kabuldan verdiyi xəbərdə ikinici yerdə Abdulla Abdullah, 3-cü yerdə isə hazırkı prezident Həmid Karzayın dəstəklədiyi namizəd Zalmay Rəsulun qərarlaşdığı bildirilir: "Mənə indi Nanqahar şəhərində 28 məntəqədə seçkilərin nəticələrini əks etdirən protokolu təqdim etdilər. Bu protokolda da açıq aydın Əşrəfqani Əhmədzayın bğyük səs çoxluğu ilə irəlidə olduğu görünür".

Qeyd edək ki, ölkənin tarixində ilk dəfə hakimiyyətin demokratik yolla dəyişməsi üzrə səsvermə yüksək davamiyyət şəraitində keçib. Seçkilərə 8 namizəd qatılıb. Lakin əsas mübarizə sabiq xarici işlər nazirləri Abdulla Abdulla və Zalmay Rasul və sabiq maliyyə naziri Əşraf Qani Əhmədzai arasında aparılıb. Hazırkı prezident Həmid Karzai seçkilərdə iştirak etmir. Namizədlərdən heç biri 50 faiz səs yığa bilməsə seçkilərin ikini turu keçiriləcək.

Bir çox bölgədə yağışlı havaya və Taliban təhdidlərinə rəğmən seçicilər səs vermək üçün növbələrə durublar.
Bununla yanaşı pis hava şəraiti və əsasən təhlükəsizlik risklərinə görə qərbdəki Herat və Kabuldan şimal-şərqə doğru yerləşən Kapisa bölgələrində bəzi seçki məntəqələri bağlanılıb. 

Artıq iki müddət prezident olmuş Həmid Karzai Konstitusiya tələbinə uyğun olaraq 3-cü müddətə namizədliyini irəli sürməyib. 2011-ci ildən Əfqanıstana rəhbərlik edən sabiq prezident xalqı səsvermədə aktiv iştiraka çağırıb.
Seçkilərdə çox sayda qadınlar iştirak edib.

Prezidentr seçkiləri ilə yanaşı ölkə boyu yerli hakimiyyətin seçkiləri keçirilir.