Qaçqın düşərgəsində toqquşma: 1 ölü, 25 yaralı
6 Aprel 2014 15:07 (UTC+04:00)
İordaniyanın Zaatari qaçqın düşərgəsində suriyalı
qaçqınlarla yerli təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş
verib.Movqe.az ans press-ə istinadən xəbər verir
ki, Zaatari sakinlərinə istinadən verdiyi
məlumata görə, toqquşma zamanı 1 qadın ölüb, onlarda adam xəsarət
alıb. İordaniya güc strukturları qarşıdurma zamanı xəsarət alan 25
nəfərdən 22-nin polis əməkdaşı olduğunu
bildirib.
Associated Press agentliyinin yaydığı xəbərdə
qarşıdurmanın 4 yaşlı suriyalı oğlanın iordaniyalı polisin idarə
etdiyi avtomobilin altında qalmasından sonra başlandığı bildirilir.
Hazırda uşağın xəstəxanada vəziyyətinin ağır olduğu
bildirilir.
Zaatari qaçqın düşərgəsinin sakinləri etiraz
əlaməti olaraq, bir neçə çadırı və avtomobili yandırıb, polis isə
onlara qarşı gözyaşardıcı qazdan istifadə
edib.
Qeyd edək ki, Suriyada 3 il əvvəl silahlı münaqişə
başlayandan bəri ölkəsini tərk edən 9,5 milyon insanın yarım
milyondan çoxu İordaniyada məskunlaşıb.