Amerika Birləşmiş Ştatlarının Filadelfiya
şəhərində məşhur "Tetris" oyununun nəhəng versiyası oynanılıb.
Movqe.az ans prress-ə istinadən xəbər verir ki ,yüzlərlə "Tetris"
həvəskarı 29-mərtəbəli göydələnin önünə axışıb. Şüşə fasadında
yüzlərlə LED-işıqla təchiz edilmiş göydələn, adətən, gecə vaxtı
rəngarəng "Tetris" parçaları nümayiş
etdirir.
Bu dəfə isə "Tetris" həvəskarlarına coystik
vasitəsilə həmin parçaları istədikləri kimi yerləşdirmək imkanı
verilib.
Oyunun təşkilatçıları bu tədbirin məşhur "Tetris"
oyununun yaradılmasının 30-cu ildönümü münasibətilə təşkil
edildiyini bildiriblər.