Mustafa Sandal 5 yaşlı oğlunun sevgilisindən danışdı (FOTO)
6 Aprel 2014 16:08 (UTC+04:00)
Türkiyəli məşhur müğənni Mustafa Sandalın Heydər
Əliyev Sarayında konserti anşlaqla baş tutub. Movqe.az ans press-ə
istinadən xəbər verir ki, ifaçının pərəstişkarları bütün zalı
doldurublar. Konsertin əvvəlində iki mahnı ifa etdikdən sonra
qonaqları salamlayıb,Azərbaycanı çox sevdiyini və Bakısda bu qədər
pərəstişkarının olmasının ona böyük qüru verdiyini vurğulayıb.
Bir-birinin ardıyca sevilən mahnılarını oxuyan Mustafa yeni
oranjeman olunan mahnılarına da yer verib.
Bundan əvvl olaraq 19 il il qabaq ilk dəfə Bakıda
gəldiyini, konsert verdiyini günü yadına salıb tamaşaçılar ilə
zarafatlaşıb. Musti ləqəbi ilə tanınan sənəntçi proqramda
övladlarından da danışmadan keçməyib. 5 yaşlı Yaman adlı oğlundan
danışan müğənni, onun gimnastika dərslərində bərabər məşq etdiyi və
sevdiyi qızın olduğunu deyib.
Konsert proqramında maraqlı məqamlardan biri isə
müğənninin Eşim adlı solistinin Azərbaycan dilində xalq artisti
Zeynəb Xanlarovanın repertuarından olan "Nazlı yarım" mahnısını ifa
edib. Mustafanın daha bir musiqiçisi, Emin Sabitoğlunun sonuncu
tələbələrindən olan Hakan Kanon instrumentalında möhtəşəm musiqi
ifa edib. Onun bu ifası zalda oturan hər bir tamaşaçı tərəfindən
bəyənilib, hətta bəziləri ayaq üstə rəqs
ediblər.