Avropa KİV-ləri Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarından yazır (VİDEO)
6 Aprel 2014 17:00 (UTC+04:00)
Azərbaycanın ev sahiliyi ilə baş tutacaq 2015-ci
il ilk Avropa Olimpiya Oyunlarının keçirlməsi elə avropa
dövlətlərinin də diqqət mərkəzindədir.Movqe.az ans press-ə
istinadən bildirir ki ,dünyanın aparıcı xəbər agentliklərinin yer
ayırdığı məlumatlardan da biri bu tədbirə hazırlıqdır. Assoşeytet
Pres agentliyinin Bakıdan hazırladığı reportajı təqdim
edirəm.
Gələn il iyun ayında Azərbaycanda keçiriləcək ilk
Avropa Olimpiya Oyunları ilə əlaqədar Avropa Olimpiya Komitəsinin
Koordinasiya Komissiyası Azərbaycana səfər edib. Avropalı rəsmiləri
ölkənin birinci xanımı, eyni zamanda, 2015-ci il ilk Baku Avropa
Oyunları təşkilatçı komitəsinin sədri Mehriban Əliyeva ilə görüş
keçiriblər. Görüşdə Mehriban Əliyeva çıxışı zamanı ölkənin
olimpiyadaya ciddi hazırlaşdığını bildirib: "Bildiyiniz kimi
Azərbaycan idmanın müxtəlif növlərində dəfələrlə Dünya və Avropa
çempionatlarına ev sahibliyi edib. Ölkəmizə gələn qonaqlar və idman
mütəxəsiləri bu tədbirlərdə yüksək səviyyəli təşkilatçılığın şahidi
olublar. Xalqımız bu yeni idman tarixinin bir hissəsi olmaqdan fərx
duyur, hökumət isə ilk Avropa Olimpiya Oyunlarının uğurlu olması və
avropalı atletlərin böyük təcrübə keçməsi üçün lazımı dəstəyi
göstirir. Tədbirin təşkil olunmasında bütün nazirliklər yorulmadan
fəaliyyət göstərirlər. Prioritetimiz isə, tədbir yerlərinin
vaxtında təhvil verilməsi, nəqliyyat sistemi və təhlükəsizliyin
təmin olunmasında ibarətdir."
2015-ci il Avropa Oyunları Komitəsinin prezidenti
Patrik Hiki isə öz növbəsində Azərbaycan hökumətinin olimpiya
oyunlarının təşkil olunmasında innovativ mövqedən çıxış etməsini
alqışladığını qeyd edib: "Biz Avropa Oyunlarının digər idman
tədbirlərinin təkrarı olmasını istəmirik. Biz tədbirdə yenilik
görmək istəyirik."
Komitənin vitse-prezidenti Yaneç Kosiyançiç
2015-ci il Baku Avropa Oyunları komitəsinə hazırlıq işlərində əldə
olunan irəliləyişlərə görə təşəkkür edib və görüşdən məmnun
qaldıqlarını bildirib və hər kəsə öz işində uğurlar arzulayıb. Bir
müddət əvvəl idman atletika növünün də olimpiya oyunlarına daxil
olunması ilə əlaqədar iştirakçıların sayı 6 mini keçib. Olimpiyada
zamanı atletlər 19 müxtəlif idman növlərində güclərini
sınayacaqlar.