"DVF Awards - 2014" mərasimi keçirilib (FOTO)

6 Aprel 2014 18:00 (UTC+04:00)
Nyu-Yorkda tanınmış dizayner Diana fon Fyurstenberqin təşkilatçılığı ilə 5-ci "DVF Awards" mükafatlandırma mərasimi keçirilib.Movqe.az ans press-ə istinadən bildirir ki , nüfuzlu mükafata öz sahələrində liderlik, güc və cəsarət nümayiş etdirən qadınlar layiq görülüb.


Tədbirə moda, mədəniyyət və incəsənət sahəsinin öndəgedən simaları qatılıblar. Onlar arasında yazıçı Qloriya Staynem, müğənni Alişiya Kis, model Şanel İman və digərləri olub. 50 000 dollar dəyərində "DVF Awards" Diana fon Fyurstenberqin ailə fondu tərəfindən təsis olunub. Mükafatı aktrisalar Sara Cessika Parker və Meril Strip təqdim ediblər.