Sabah hava necə olacaq?
6 Aprel 2014 21:06 (UTC+04:00)
Sabah Azərbaycan ərazisində hava yağmursuz keçəcək
və temperatur yüksələcək. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən
verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı
gözlənilir.Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 10-15 dərəcə
isti, Bakıda gecə 2-4 dərəcə, gündüz 12-14 dərəcə
olacaq.
Azərbaycan rayonlarında hava əsasən yağmursuz
keçəcək. Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz 13-18 dərəcə
isti olacağı gözlənilir. Aran rayonlarında aprelin 7-də havanın
temperaturu gecə 3-8 dərəcə, gündüz 15-20 dərəcə isti
olacaq.