Günəşdə baş vermiş partlayışın unikal görüntüləri (VİDEO)

6 Aprel 2014 20:04 (UTC+04:00)
NASA Günəşdə baş vermiş partlayışın unikal görüntülərini yayıb. Movqe.az ans press-ə istinadən bildirir ki, NASA-nın Günəş Dinamikası Rəsədxanasından əldə edilmiş görüntülərdə aprelin 2-də Bakı vaxtı ilə saat 21:05-də baş vermiş partlayış və maqnit qasırğası əks olunub. Günəşdə partlayış nəticəsində ətrafa yayılan radiasiyanın təsviri NASA-nın "Youtube" video-portalındakı kanalında izlənmə rekordu qırır. 

NASA alimləri sözügedən partlayışı orta səviyyəli və ya M6.5 səviyyəli partlayış kimi təsnif ediblər. M-səviyyəli partlayışın isə X-səviyyəli partlayışlardan 10 dəfə zəif olduğu bildirilir. Buna görə də, NASA alimləri Günəşdə baş vermiş son partlayışdan sonra yaranan radiasiyanın Yer atmosferinə yayılarar insanların sağlamlığı, eləcə də telekommunikasiya sistemləri üçün təhlükə törətmədiyini bildirirlər.