Türkiyə qırıcı təyyarə buraxacaq

6 Aprel 2014 21:00 (UTC+04:00)
Türkiyə 2023-cü ildə milli istehsalı olan qırıcı təyyarə buraxmaq niyyətindədir. "Anadolu" agentliyi bu barədə bazar günü büllütenində xəbər verir.

Agentliyin məlumatına görə, bunu Türkiyənin aerokosmik texnologiyalar üzrə elmi-tədqiqat mərkəzində (TUSA) bildiriblər.
Bundan öncə Türkiyənin aerokosmik texnologiyalar üzrə elmi-tədqiqat mərkəzi (TUSA) "HÜRKUŞ" ilk milli təlim-məşq təyyarəsini hazırlayıb.

Türkiyə müdafiə sənayesinin icraiyyə komitəsi "HÜRKUŞ" ilk milli təlim-məşq təyyarəsinin seriyalı istehsalının başlanması barədə qərar qəbul edib.