Rusiyanın paytaxtı Moskvada keçirilən bığ və
saqqal üzrə ölkə çempionatında yüzə yaxın saqqallı yarışırdı.
Movqe.az ans press-ə istinadən xəbər verir ki ,hər cür saqqal ve
bığa rast gəlinən bu yarışmada tamaşaçıların çoxu xanımlar idi.
Müsabiqə iştirakçıları saqqal və bığlarının uzunluğundan çox
onların görünüşünə görə, qiymətləndirilirdi. Ümumilikde 6
kateqoriya üzrə Rusiya çempionluğunu elan edən qaliblər beynəlxalq
yarışmalarda Rusiyanı təmsil etmə haqqı qazandı. Yarışma
iştirakçıları saggal ve bığ saxlamanın faydalarını anlatmağdan da
heç yorulmurdular.
Yarış iştirakçısı Andrey Gavrilov: "Saqqal ve bığ
mənim üçün birinci növbədə stresə qarşı dərmandır. Ən çətin
vaxtlarda bığlarımı burmağa başlayıb hər vəziyyətdən çıxış yolu
tapıram. Həm də bığlar insanı siqaret çəkmək kimi zərərli
vərdişlərdən də qoruyur.
Stilli saqqal kateqoriyasında Rusiya çempionu
Sergey Petrov: "Əvvəllər mənim saqqalım təbii formasında idi. Sonra
isə bərbərə gedib saqqalıma stilistik forma verməyə qərar verdim.
Çünki belə daha yaraşıqlıdır. Sirr olaraq bunu da deyim ki,
qızların da saqqallı oğlanlardan xoşu
gəlir".
Artyom Motyakin: "Təcrübəsiz olduğum vaxtlarda
bığlarım həmişə sulu yeməklərə bulaşırdı. Sonra onları bu formaya
salmaya başladım. Onlar çox möhkəmdir, hətta biglarimla şüşə də
açmaq olar".
Rus imperatoru Pyotr 1698-ci ildə bığ saxlayan
kişilərdən xüsusi vergi alınmasını nəzərdə tutan fərman
imzalamışdı. Aradan 74 il keçdikdən sonra II Yekatrina 6 Aprel
1772-ci ildə saqqal vergisini ləğv etdi. O zamandan bəri 6 Aprel
Rusiyada Saqqallılar Günü olaraq qeyd edilir.