Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb
6 Aprel 2014 23:09 (UTC+04:00)
Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə
tapılıb.
Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına
istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda giriş
qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə
köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq
xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər
dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə
təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və
avadanlıqlar vasitəsilə qalxaraq eyvandan daxil
olublar.
Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər
tərəfindən aidiyyəti üzrə təhvil verilib.