Ukraynanın şərqində etirtazlar davam edir

7 Aprel 2014 12:15 (UTC+04:00)

Ukraynanın müvəqqəti Prezidenti ölkənin şərqindəki 3 şəhərdə baş vermiş Rusiya lehinə olan etirazlara cavab olaraq fövqəladə təhlükəsizlik rəsmilərini təcili yığıncağa çağırıb.  Bu haqda Movqe.Az BBC-yə istinad edir.

 Aleksandr Turuçinov şəxsən yığıncaqda iştirak etmək üçün Litvaya olan səfərini təxirə salmaq məcburiyyətində qalıb.

 Etirazçılar hökümət binasına hücum edərək Donetsk, Luhansk və Xarkovun müstəqilliyi üçün səsvermə keçirilməsini tələb edib.

 Rusiya Dövlət Başçısı Vladimir Putin , Ukraynadakı Rusca danışan azlığı qoruma hüquqları olduğunu söyləmişdi. Ukrayna höküməti isə Rusiyanı daxili işlərinə müdaxilə etməkdə təqsirləndirir.

 Şiddətli hərəkatlara səhnə olan Donetskdə nümayişçilər polis barikadalarını aşaraq hökumət binasını işğal edib. Rusiya tərəfdarı şüarlar atan nümayişçilər binaya Rus bayrağı asıb.

Donetsk polisi spikeri İlhor Dyomin , nümayişə təxminən min nəfərin qatıldığını və 100 nəfərin binanı işğal etdiyini söyləyib.

Luhanskda Rusiya tərəftarı 15 aktivistin sərbəst buraxılması tələbiylə yerli təhlükəsizlik binasına gedən etirazçıları polis göz yaşartıcı qazla dayandırıb.

Xarkovda nümayişçilər yerli hökumət binasına daxil olub. Polisin bu şəhərdə nümayişçilərə müdaxilə etməyərək çəkildiyi deyilib.

Ukrayna Daxili İşlər naziri Arsen Avakov ölkənin şərqindəki bu hərəkatların arxasında Rusiya Dövlət Başçısı Putin və Rusiyaya sığınan Yanukoviç olduğu iddia edib.