Kral ailəsi Yeni Zellandiya çatdı

7 Aprel 2014 12:35 (UTC+04:00)

Kembric Dükü Şəhzadə Uilyam və həyat yoldaşı Katherine 8 aylıq körpələri şəhzadə Corcla Yeni Zellandiyaya 10 günlük səfər ediblər. Bu haqda Movqe.Az "The Guardian"a istinad edir. Onları hava limanında baş nazir Con Key, general Cerri Mateparea qarşılayıb. Eyni zamanda hökümət binasında da cütlük üçün rəsmi qarşılama mərasimi təşkil edilib. Xanım Katherine 1953-cü ilin dəbini əks etdirən qırmızı rəngli palto geinib və papaq taxıb. "Telegraph"ın rəsmi saytından verilən məlumata görə, cütlük "Kereru" adlanan milli quş növündən hazırlanan yeməkdən və digər milli yeməklərdən dadıb. Onların səfərinin aprelin 16-da sonlanacağı gözlənilir.