Dünyanın ən böyük seçkisinə start verildi

7 Aprel 2014 14:08 (UTC+04:00)

Dünyanın ən böyük və ən uzun seçkilərinə Hindistanda start verilib.


Seçki Komissiyasının şərhinə görə bir aydan uzun davam edəcək seçkinin ilk mərhələsində ölkənin şimalındakı Assam və Tripura əyalətlərində olan 6 seçki bölgəsində səsvermə keçiriləcək. Dolanışığını çay istehsalından təmin edən Assam əyaləti ilə qonşusu Tripuradakı seçkilərdə iqtidardakı Konqres Partiyası və müxalifətdəki Bharatiya Janata Partiyasıyla( BJP ) yanaşı çox sayda kiçik regional partiya rəqabət aparır.


Ölkənin şimal-şərq bölgəsində hərəkatlar edən silahlı separatçı qruplar , indiyə qədər seçkiləri boykot edəcəklərinə dair hər hansı bir şərh verməyib. 

9 mərhələdə ediləcək seçki , 12 mayda sona çatacaq. Seçki nəticələrinin 16 Mayda açıqlanması gözlənilir.


Namizədlər , seçki kampaniyalarında korrupsiya, yüksək inflyasiya , işsizlik kimi problemlərini dilə gətirib. Seçkidə təxminən 815 milyon seçicinin səs verməsi gözlənilir.