Bakıda arvadını öldürən kişidən daha bir dəhşətli əməl

7 Aprel 2014 14:57 (UTC+04:00)
Ötən gün Bakıda qətl hadisəsi baş verib. Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami rayonu Keşlə qəsəbəsi ərazisində Fəridə Səlimcanovanın yaşadığı evdə qohumu, Bakı şəhər sakini Sənan Qulamov münaqişə zəminində arvadı Əfiqəni bıçaqla qətlə yetirib. S.Qulamov sonra özünü öldürmək istəyib. O, boyun, qol və qarın nahiyələrindən xəsarət yetirib. Lakin ona mane olublar. Faktla bağlı araşdırma aparılır.