“Korset era”sı geri qayıdıb-FOTOLAR

20 İyun 2012 16:36 (UTC+04:00)

Movqe.az "BBC"yə istinadən xəbər verir ki, son 200 il  ərzində feminizm və qadınların ideal bədən ölçüsünə malik olmaq istəkləri barədə olan hadisələr deməyə imkan verir ki, qadın alt geyimi kimi böyük bir trendin əsasını təşkil edən  korset (bədəni düz saxlamaq üçün enli kəmər) satışı hazırda özünün pik dövrünü yaşayır. Biyons, Ledi Qaqa, Madonna, Miley Sayris kimi məhşurlar indiyə qədər səhnədə göstərdikləri bütün performanslarında korsetdən istifadə edib. Lakin korset satışının artması deməyə əsas verir ki, adi insanlar da "Viktoriya era"sına müraciət edir. Korset erası geri qayıdıb. Kraliçanın alt geyim istehsalçısı Riqbi və Peller korset ənənəsinin 2011-ci ildə 45% artdığını deyib. Korsetdən daha çox İngiltərə(40%), ABŞ(34%) və Avstraliyalı (8.6%) xanımlar istifadə edir.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə, 1950-ci illərdə qadın bədənindəki əyrilikləri aradan qaldıran və ona qlamur gözəllik verən korsetlərə dönüş olsa da, 1960-cı illərdə bu dəbdən imtina edilib.