Azərbaycanda jurnalist xəstəlikdən vəfat etdi
8 Aprel 2014 10:20 (UTC+04:00)
30 ilə yaxındır, jurnalistikada fəaliyyət göstərən
şair-jurnalist Rəhman Babaxanlı qaraciyər xəstəliyindən vəfat
edib.
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, o, uzun illər
"Azərbaycan" radiosunda redaktor, AzTV-də "Ədəbi abidələr"
verilişində rejissor və aparıcı kimi çalışıb.
R. Babaxanlı 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində
anadan olub.
O bu gün Ağdam rayonunun Üçoğlan kəndində Eşqabdal
qəbiristanlığında dəfn olunub.