Suriyadan qanlı xəbərlər-10 uşaq yaralı

8 Aprel 2014 10:16 (UTC+04:00)

Suriyanın Hələb şəhərində minaatanlardan açılan atəş nəticəsində 12 nəfər ölüb, 50-dən artıq adam yaralanıb. Movqe.az xəbər verir ki, "Reuters" agentliyinin verdiyi verdiyi məlumata görə, minaatan mərmiləri paytaxt Dəməşqdən 10 km cənubda, Carman bölgəsində də partladılıb.  Partlayış zamanı 1 nəfər ölüb, onu uşaq olmaqla, 18 nəfər xəsarət alıb. Yaxınlıqdakı yaşayış binalarına ciddi ziyan dəyib.