Avropanın ən varlı adamının adı açıqlandı

20 İyun 2012 16:55 (UTC+04:00)


Movqe.Az Bloomberg Billionaires Index-ə istinadən  xəbər verir ki,  İspaniyalı Amonsio Orteqa Avropanın ən varlı adamı olub. Onun mal varlığı 39,5 milyard dollar həcmində qiymətləndirilib.  "Zara " , "Massimo  Dutti" ," Pull and Bear" brendlərinin sahibi və yaradıcısı olan Amonsio işə mağazalara köynək daşımaqla başlayıb. Daha sonra o, öz kiçik iş otağında ev xələtləri və qadın alt paltarları  tikməyə başlayıb. O, ilk mağazasını 1975-ci ildə açıb, lakin indi dünyada 4500-dən çox "ZARA  " mağazalar şəbəkəsi mövcuddur. Xatırladaq ki, bu mağaza Azərbaycanda da mövcuddur. Bu marka dəyərinə və sürətinə görə populyarlıq qazanmışdır. Digər yeni kolleksiyalar girmədən 3 həftə öncə " ZARA" öz mallarını satışa çıxardırdı.