İlham Əliyev yeni yolda maşın sürdü - Fotolar+ Video

8 Aprel 2014 11:20 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu ilk növbədə əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdəndi. Yüksək səviyyədə inşa edilən bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə tam zəmin yaradır.
Dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verib ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılmış, iki il müddətində başa çatdırılıb. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilib.

Prezidentin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına yolun tikintisi başa çatdırılıb.

İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib və yeni yolda avtomobil idarə edib.