Cazibədar müğənnini dollar yağışına tutdular

8 Aprel 2014 12:07 (UTC+04:00)

Dotlarını başına yığaraq doğum günü qeyd edən gənc müğənni Könül Şıxəliyeva yenə hərkəsi təəccübləndirəcək açıqlama verib.  Mövqe.az-a açıqlamasında iİfaçı bildirib ki, o doğum gününü əyləmək üçün keçirir : " Ötən gün doğum günümü qeyd etdim. Əslində sevmirəm təm-təraqlı doğum günü qeyd etməyi... Sadəcə əylənməyi sevdiyim üçün dostlarımı yığıb, ad günümü keçirdim. Əylənmək, şənləmək xatirinə... 


Yaşını sirr saxlayan müğənni qeyd edib : " Kim mənim görnüşümə neçə yaş verirsə, demək yaşım o, qədərdi. Onu da deyim ki, məndən kimsə yaşın gizlədə bilməz. Mən adama bir dəfə baxan kimi yaşının neçə olduğun söyləyirəm. Hələ indiyə qədər başqa birinə yaş verən zaman yanılmamışam".


Könül doğum günündə ona verilən hədiyyələrdən də söz açıb: "Mənim üçün hədiyyənin böyüyü kiçiyi yoxdur. Amma cəmi bir hədiyyə aldım. Qalan ad günümə gələnlər hamısı mənə pul verdilər. Hamısı da dollar verdi".