İlqar Mikayıloğlu həyat yoldaşı ilə birgə unudulan xalq artistini ziyarət etdi

8 Aprel 2014 16:02 (UTC+04:00)

Aparıcı İlqar Mikayıloğlu həyat yoldaşı ilə birgə avtobusdan yıxılan xalq artisti Nuriyyə Əhmədovanı ziyarət edib. Mövqe.az xəbər verir ki, xəstə ziyarətinə aparıcı, həyat yoldaşı Zülfiyyə Bayramova ilə gedib. Aktrisa N. Əhmədovanı çətin günlərin də tək qoymayan cütlük xalq artistinə can sağlığı arzu edib və kömək olublar.


Qeyd edək ki, İ. Mikayıloğlu və Z. Bayramova yaddan çıxan xalq artistinə tez-tez baş çəkir. Hətta bir neçə ay bundan öncə sosial şəbəkədə vəkil Z. Bayramova Nuriyyə Əhmədova ilə bağlı status yazıb və şəkil paylaşıb. Vəkil aktrisaya olan etinasızlıqdan gileylənmişdi.


Həmin fotoları Mövqe.az sizə təqdim edir :