Gey müəllimi işdən qovdular

8 Aprel 2014 13:38 (UTC+04:00)
Andru Moffat adlı gənc müəllim Birminghamda yerləşən "Chilwell Croft Academy" ibtidai məktəbdə müəllimlik edən vaxtda eynicinsli olduğunu etiraf etmişdi. O, qələmə aldığı uşaqlar üçün tədris kitablarında onlara tolerant və insanları anlamağı təlqin edir. Bu haqda Movqe.Az  "DailyStar"a istinad edir. Lakin müsəlman və xristian valideynlər şikayət edərək onun istefasını tələb ediblər. Andru deyir: "Bəzi xristian və müsəlman valideynlər mənə deyirlər ki, uşaqlarının eynicinsliliyi normal bir şey kimi qəbul etmələrini istəmirlər. Mən eynicinsli olduğumu etiraf edən kimi valideynlər məni şikayət etdilər.". Məktəb nümayəndəsinin sözlərinə görə, uşaqlar da müəllimlərinin kitablarına etiraz ediblər. O bildirib ki, valideynlər uşaqlarına görə narahatdır. Bəzi müsəlman valideynlər məktəb eyətin təzyiqlər göstərməyə çalışır. Təhsil Nazirliyi məsələni araşdırır. Andru isə başqa məktəbdə iş tapa bilər.