Füzuli Musayev Ayanın anasını hər yerdə qaynanası kimi təqdim edib

8 Aprel 2014 13:53 (UTC+04:00)

Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevlə müğənni Ayan Babakişiyevanın ayrılıq xəbəri şou gündəmində bomba kimi partladı. Mövqe.az xəbər verir ki, Füzuli Musayevin boşanma sənədini yayaraq hər kəsə evli kişidən uşaq dünyaya gətirmədiyini sübut edən müğənni Ayana şou əhlindən dəstək gəlməkdədi. Bundan əlavə tanınmış şou yazar Şahin Cavadsoy da məsələyə münasibət bildirib : 


" Mən bu hadisəyə susub qala bilməzdim. Şəxsən zamanda özüm dəfələrlə canlı şahidi olmuşam ki, Füzuli Musayev Ayan Babakişiyevaya sevgisini necə izhar edib. Nə oldu? İndi bütün bunlar səhv olub? Dəfələrlə Ayanın etdiyi təqdimatlardan sonra təşkil olunan "after party"lərdə bir araya gəlmişik. Füzuli Musayev bizim yanımızda, Ayanın anasının qaynanası kimi təqdim edib. Və hamıdan çox özü istəyirdi ki, Ayandan övladı dünyaya gəlsin. Mənim heç kimdən qorxum, çəkiləcəyim yoxdur. Ayanın qardaşı kimi bütün söhbətlərdə iştirak etməyə hazıram. Əslində Ayan Babakişiyevanın heç kimin müdafiəsinə ehtiyacı yoxdur. Sadəcə bilsin ki, o, tək deyil. Bizim kimi dostları var yanında. Ayan, başını uca tutmağı haqq edən qızsan. Allah - Təala səni, ananı, qardaşın və yeni doğulan qızını öz pənahında saxlasın. Səni həqiqətən çox istəyirəm. Var ol mənim kişi sözlü, kişi qeyrətli Dostum !".