Yazda anomal hava-sulu qar və qar yağacaq

8 Aprel 2014 14:14 (UTC+04:00)

Aprelin 9-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  deyib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.  Aprelin 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.