Cəbhədə ağır yaralanan hərbçilərdən ikisi Bakıya gətirilib

8 Aprel 2014 15:35 (UTC+04:00)
Ötən gecə saat 22:30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub. Movqe.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. 

Həlak olan hərbi qulluqçular:

- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;

- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;

- əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:

- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;

- əsgər Mirzəyev Alı Pənah oğlu;

- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;

- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;

- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;

- əsgər Talıbov Emin Talıb oğlu.

Hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.