Cavanşirdən bibisi qızı Floraya cavab : " O, ailəmin ağbirçəyidi" -özəl

8 Aprel 2014 17:36 (UTC+04:00)

Xalq artisti Flora Kərimova dayısı oğlu, əməkdar artist Cavanşir Məmmədov barədə gözlənilməz faktlar söyləyib. Açıqlaması zamanı xalq artisti bildirib ki, onun anası C.Məmmədova çox yaxşılıqlar edib, hətta iki dəfə onu həbsdən də qurtarıb. Amma bunun müqabilində Cavanşir Məmmədov onun anasının dəfnində iştirak etməyib.


Məsələni aydınlaşdırmaq üçün qarşı tərəfində mövqeyini Mövqe.az öyrənib. M. Cavanşir F.Kərimovanın bu fikirlərindən xəbərdar olduğunu bildirib : " Flora xanım mənim ailəmin ağbirçəyidi. O, ailəmdən biridi. Ailə sirrini biz heç kəsə açıb, danışmırıq. Flora xanım bu haqqda danışıbsa, özü bilər. Amma mənim başqa şeyə ehtiyacım yoxdu. Qaldı Qızıl fonddan birgə oxuduğumuz duetlərin yığışılması söhbətinə, bu ağ yalandı. Kim deyir, yalan deyir. Qızıl Fonddan o mahnlar qalıb. Kim istəyir, soruşsun. 5-6 duetimiz var. Onlar da qalıb orada...O duetlər bizim birgə zəhmətimizdi, niyə sildirim ki ? Sonra da mən Flora xanımla düşmən deyiləm ki... Münasibətlərimiz çox yaxşıdı mən bilmirəm kim bu hoqqanı çıxardıb, belə yazılar olub. O bibimin qızıdı və mənə əziz olan bir adamdı. Başqa nə ola bilər ki ? Bir-birinin evinə get-gəlimizdə normaldı, münasibətimiz də... Bunu niyə belə yazıblar axı ? Flora xanım elə söz deməz. Onun mənə yaxşılığını, ya mənim ona yaxşılığımı dilə gətirmək nəyinə lazım ? Axı biz bir ailəyik".