Komitədən Bakı kəndlərində erkən nikahla bağlı SOS-Özəl

8 Aprel 2014 18:10 (UTC+04:00)
"Azərbaycanda erkən nikah halları Bakı kəndlərində daha çox müşahidə olunur. Paytaxtda erkən nikahlarla bağlı siyahıya Bakı kəndləri, regionlar üzrə isə Aran istqisadi rayonları başçılıq edir". Bu sözləri Movqe.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova söyləyib. A. Veysəlova deyir ki, Bakıın rayonlarında müasirliyinə görə seçilənləri olsa da, qədimi, amma mental olmayan adət-ənənələri qoruyub saxlayanları da var. Bakı kəndlərində rəsmi nikah yaşına çatmayan qızları ərə verirlər.  Erkən nikahların sayında əvvəlki illərlə müqayisədə azalma olsa da,  bu hallara qarşı tam olaraq mübarizə effekt vermir. A.Veysəlovanın sözlərinə görə, erkən nikahlarının artmasında mollaların da rolu az deyil. Qafqaz Müsəlmanları İdarəsinin nəzarətində olan mollalar rəsmi zaqs kağızı olmadan, 18 yaşına çatmamış molla kəbini kəsmirlər. QMİ-nin nəzarətində olmayan mollalar isə bunu nəzərə almadan molla kəbini kəsir ki, bu da erkən nikah hallarının hələ də qalmasına təsir edir.