1653 əcnəbiyə Azərbaycanı tərk etməyə 48 saat vaxt verildi

8 Aprel 2014 18:26 (UTC+04:00)
Dövlət Miqrasiya Xidməti bu ilin mart ayı ərzində 2168 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edib. Movqe.az xəbər verir ki, onlardan 14-nün Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 298 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1653 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 203 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul olunub. 
Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə 6034 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.