Sərnişin avtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var

8 Aprel 2014 18:42 (UTC+04:00)

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.  Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, yol qəzası bu gün saat 17 radələrində  Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb. 3 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu "SHACKMAN" markalı yük avtomobili ilə toqquşub.