Paytaxtın mərkəzində hərəkət məhdudlaşdırılacaq

8 Aprel 2014 20:45 (UTC+04:00)

Bakının "Neftçilər" prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

 

"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbail rayonu Neftçilər prospekti və "Azneft" dairəsində nəqliyyat vasitələrinin hərəkətinin hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılması gözlənilir.