“MÜMKÜN QƏDƏR GENİŞ TƏDBİR KEÇİRMƏYİ DÜŞÜNÜRÜK”

20 İyun 2012 18:28 (UTC+04:00)

İyulun 22-də Azərbaycan Jurnalistikası Günü qeyd olunacaq. "Media forum" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Səfərlidən bayram hazırlıqlarının necə getdiyini soruşub.

- Vüqar müəllim, milli mətbuatın 137 ili ilə əlaqədar hansı tədbirlər nəzərdə tutulub?

- Bayram tədbirləri nəzərdə tutulub. Hər il olduğu kimi geniş təqdimetmə mərasimi olacaq və bayram şənliyi keçiriləcək.

- Media qurumlarına birdəfəlik yardımlar olacaqmı?

- Bu məsələyə fondun Müşahidə Şurasında baxacağıq. Mediaya o zaman məlumat veriləcək.

- Dövlətin jurnalistləri mükafatlandırması üçün təqdimatlarınız nəzərdə tutulurmu?

- Fəxri adların, digər dövlət mükafatlarının verilməsi ancaq yubiley illərində olur.

- Bayram tədbiri harada keçiriləcək?

- Bu məsələ də Müşahidə Şurasında müzakirə olunacaq. Hər il olduğu kimi normal bir məkanda keçiriləcək bayram tədbiri. Mümkün qədər geniş tədbir keçirməyi düşünürük.

- 2010-cu ildə prezident İlham Əliyev mətbuat işçilərinə yaşayış evlərinin tikilməsinə sərəncam verib. Bakının Bibiheybət qəsəbəsində tikilən binada iş nə yerdədir?

- Artıq 14-cü mərtəbədə işlər tamamlanır. Heç bir yubanma yoxdur. Nəzərdə tutulduğu kimi 2013-cü ilin sentyabr ayına qədər mənzillər jurnalistlərin istifadəsinə veriləcək. Bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir.