Rusiya erməni miqrantlara güzəştlər edəcək

9 Aprel 2014 11:26 (UTC+04:00)

Hər iki ölkənin Təhlükəsizlik Şurasının katibləri Moskvada görüşüb

Rusiya və Ermənistan arasında Rusiya ərazisində olan erməni miqrantların əmək fəaliyyətinin nizama salınması ilə bağlı saziş imzalanıb.


Saziş Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın görüşü zamanı imzalanıb. Sazişlə bağlı təfərrüatlar açıqlanmır. 


Lakin ehtimal olunur ki, Rusiyanın miqrantlar haqqında qanununda bu ölkədə çalışan erməni miqrantlara güzəştlər edilməsi nəzərdə tutulub.

(Ans press)