Günay hansı evli müğənni ilə eşq yaşayıb,evini yıxdı ?

9 Aprel 2014 14:03 (UTC+04:00)

"Gənc müğənnilər Günay İbrahimli və Emil Bədəlov arasında gizli sevgi alovlanır. Onlar gizli sevgi yaşayır və gizli görüşürlər" bu barədə yayılan xəbərlər şou gündəmində əsas danışılan mövzulardan birinə çevrilib.  Mövqe.az xəbər verir ki,  "Şou+" verlişində son günlər cütlüyün sevgili olduğu, hətta gizlin görüşdüyü deyilsə də hər iki tərəf bunu inkar edib. Evli müğənni E. Bədəlov hətta belə şayiələrin ailəsinə də heç bir təsir etmədiyini də açıqlayıb: 


"Ailə qurmamışdan qabaq mənim sevgi münasibətində olduğum xanımlar olub, amma Günayı sevməmişəm. Bu bir reklam çarxından olan görüntülərdir. Biz onla dostuq. Günay çox tərbiyəli,  ağıllı və gözəl ailə tərbiyəsi görmüş qızdır. İnşallah, nə vaxt toy etsə, mən qardaş kimi onun toyunda oştirak edəcəm".