Bakıda sərnişinlər avtobus sürücüsünü döydülər
9 Aprel 2014 14:00 (UTC+04:00)
Bu gün səhər saatlarında 6 saylı marşurut xəttilə
hərəkət edən sərnişin avtobusunda metronun "Elmlər Akademiyası"
stansiyasının qarşısında insident yaşanıb. Məhz sürücünün
sərnişinlərlə kobud davranması onun döyülməsilə nəticələnib.
Hadisəni marşurut avtobusunda olan ANS Tv-nin əməkdaşaları mobil
telefonla lentə alıblar.
İnsident zamanı sürücü idarə etdiyi avtobusdan
yerə düşərək sərşinilərlə mübahisə edib. Baş verən olaya səbəbsə,
sürücünün içərisi sərnişinlə dolu olan avtobusu qəfil işə salması
olub. Yəni anidən əyləcdən istifadə etməsi avtobusdakı sərişinlərin
bir qisminin yıxılmasına səbəb olub. Elə hər şey də bundan sonra
başlayıb. Sərnişinlərdən biri sürücünün bu səhlənkarlığına göz
yummayıb və ona təzyiq göstərib. Avtobusdan düşürülən sürücü digər
sərnişinlər tərəfindən də təzyiqə məruz qalıb.
Hadisə yerinə polis əməkdaşları da cəlb olunub.
Onlar sərnişinlərlə sürücü arasındakı mübahisəni sakitləşdirməyə
çalışıblar. İnsident səbəbindən sərnişinlərin əksəriyyəti işə,
mənzil başına gecikiblər. Sürücü isə hadisə yerindən uzaqlaşaraq
yenidən sükan arxasına keçib.