Azərbaycanda narkoman qadınların sayı açıqlanıb

9 Aprel 2014 15:13 (UTC+04:00)

"2013-cü ildə Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 28 min 376 nəfərdir. Onların da təxminən 539 nəfərini qadınlar təşkil edir. İnyeksiya yolu ilə narkotik maddələrdən istifadə edən 20 min 4 nəfərin 393 nəfərini qadınlar təşkil edir".

Bu sözləri Movqe.az-a açıqlamasında Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib. M. Əfəndiyevin sözlərinə görə, narkotik aludəçilərinin həbs olunaraq cəzaçəkmə müəssisələrinə göndərilməsi doğru deyil. M. Əfəndiyev Azərbaycanda narkotik maddə istifadəçiləri olan qadınların əsasən 25 yaşdan sonra narkotik aludəçisinə çevrildiyini söyləyib. Amma onlar arasında yeniyetmələr də var.